Featured In

Lyrics

Səni qəlbimdə gəzdirib hər an
Eşqimiz bilməsin, dedim, hicran
Ala gözlü yarım, mənimkisən, bil bir
Sənin eşqindən, ay aman, ağladım, güldüm; ağladım, güldüm
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar sənsiz
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar, yanar sənsiz
Gülüm, sənsiz
Gördüm o xurşidi-hüsnün, ixtiyarım qalmadı
Sayətək bir yerdə durmağa qərarım qalmadı
Ay Füzuli, el qamu o əğyarın oldu yar üçün
Suzi-dildən qeyri bir dilsuz yarım qalmadı
Əman əman, əman əman
Yarım əman, əman, yarım qalmadı
Dönmərəm heç sözümdən, ey canan
Getmə bir an gözümdən, ey canan
Səndən ilham alır mənim könlüm
Məni səndən, inan, gözəlim, ayırmaz ölüm
Ayırmaz ölüm
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar sənsiz
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar, yanar sənsiz
Gülüm, sənsiz
Ürəyim od tutub yanar, yanar sənsiz
Gülüm, sənsiz
instagramSharePathic_arrow_out