Similar Songs
Credits
PERFORMING ARTISTS
PNG
Rap
Hadid
Rap
COMPOSITION & LYRICS
Fagan Mardanov
Composer
Rustam Mammadov
Composer
PRODUCTION & ENGINEERING
Ultra Beats
Producer
Lyrics
Həyatım mənim, hara tələsirsən sən?
Gözəlim mənim, ömür tələsisən sən
Həyatım mənim, həyat belə gətirirsən sən
Gözəlim mənim, indi məni bitirirsən sən
Bilə-bilə, ümidini silə-silə
Biri ilə diri ömür, ölü dolu ili ilə
Kin ilə donan ürək əri vəfa yolu ilə
Kir ilə dolan ürək sağal şəfa yolu ilə
Sonun ilə barış
Onun ilə tanış olduğun andan başladı yarış
Çalış, sona çat, uğurundan danış
Qarış hisslərlə daxilən alış (Alış)
Dəyişir günün, qəmi don elə, bürün
Sürün saniyədə, dəqiqədə əzabı zülm
Dəyişir kino, sevincli yox elə bölüm
Dəyişir insan, yaşayır çox elə ölüm
Sirrli xatirə, sehri artdı
Bizi zehnin atdı
Beynin altı, şüurda eyni addım
Neynim andı? Sevgiyə yox inamım
Yox inamım!
Həyatım mənim, hara tələsirsən sən?
Gözəlim mənim, ömür tələsisən sən
Həyatım mənim, həyat belə gətirirsən sən
Gözəlim mənim, indi məni bitirirsən sən
Qaraşınım, nələr baş verdi bu yaxın aylarda?
Heç olmasa sal məni yada arada
Sənsən dünənimin əksi
Sevərdim küləklə saçının rəqsini
Gecələr sənsiz oyanıram, gedirəm harasa
Adımı qoyublar tənhalıqdan gəzən yarasa
Birdən işdir, məni yığıb arasan
Sənə "səni sevirəm" deyən yerdə taparsan
Mənsiz necə dözdün, xatirələr qəribə
"Səninəm" sözünü de, mən də deyim "'əminəm!"
Dərin bir okeansan, mən də sənin gəminəm
Son qəmim ol istəyim tanrıdan
Yarıdan gedən ömrün ardı var
Qaldım axıra kimi, həyatım mənim
Nifrətlə baxıram, gözəlim mənim
Hələ də baxıram
(Həyatım mənim, hara tələsirsən sən?)
(Gözəlim mənim, ömür tələsisən sən)
(Həyatım mənim, həyat belə gətirirsən sən)
(Gözəlim mənim, indi məni bitirirsən sən)
Written by: Fagan Mardanov, Rustam Mammadov