Top Songs By Maroflex
Similar Songs
Credits
PERFORMING ARTISTS
Maroflex
Performer
Xeyal Huseynov
Recorder
COMPOSITION & LYRICS
Xeyal Huseynov
Composer
PRODUCTION & ENGINEERING
Xeyal Huseynov
Mixing Engineer
Lyrics
Sən gedəni düşdüm qəmə, hicrana,
Axan göz yaşımı silə bilmədim.
Küsdüm zamanədən, susdum dövrana,
Hər gecə ağladım, gülə bilmədim.
Mən ki sənə eyləmədim xəyanət,
Nə bir günah etdim, nə bir qəbahət.
Sən isə mənə verib əzab, əziyyət,
Nədən tərk elədin, bilə bilmədim.
Gəl gözəlim, bu qədər əziyyətə tab etmir ürək,
Gəl gözəlim, qovuşaq, bizlərə hicran nə gərək.
Gəl gözəlim, istər yerə ensin huri, mələk,
Gəl gözəlim, məni səndən ala bilməz.
Gəl gözəlim, bu qədər əziyyətə tab etmir ürək,
Gəl gözəlim, qovuşaq, bizlərə hicran nə gərək.
Gəl gözəlim, istər yerə ensin huri, mələk,
Gəl gözəlim, məni səndən ala bilməz.
Son görüş idi, dayanıb əl-ələ,
Dedin “ayrılaq,” dedim “olmaz belə.”
Gedərkən elə söz gətirdin dilə,
Dur deyib arxanca gələ bilmədim.
Mənim qədər çəkən qəm, kədər yox,
Qəmim qəm üstünə gəlir, qədər yox.
Qəlbimə həmdəm, mənə bir nəfər yox,
Dərdimi kimsəylə bölə bilmədim.
Gəl gözəlim, bu qədər əziyyətə tab etmir ürək,
Gəl gözəlim, qovuşaq, bizlərə hicran nə gərək.
Gəl gözəlim, istər yerə ensin huri, mələk,
Gəl gözəlim, məni səndən ala bilməz.
Gəl gözəlim, bu qədər əziyyətə tab etmir ürək,
Gəl gözəlim, qovuşaq, bizlərə hicran nə gərək.
Gəl gözəlim, istər yerə ensin huri, mələk,
Gəl gözəlim, məni səndən ala bilməz.
Written by: Xeyal Huseynov