Featured In

Credits

PERFORMING ARTISTS
Elşad Xose
Elşad Xose
Performer
COMPOSITION & LYRICS
Nadir Huseynov
Nadir Huseynov
Composer
Elşad Əliyev
Elşad Əliyev
Songwriter

Lyrics

Çəkilib incə hərə bir küncə
Çəkilib incə hərə bir küncə
Sınan güzgüyəm, dağılan duz
Odsuz tüstüyəm, əriyən buz
Düşən çəngələm, düşənə əngələm
Düşünür qələm hələ, düşünürəm, gələm
Fikir verirəm ki, çox fikir edirəm
Fikir verirəm ki, biri iki edirəm
Bəlkə fikirlərdə təkəm, fikirlərdə tək əl
Tikə-tikə quraq, təki verək yekə tikə
Deyiləm iki üz, iki sifət
İki isim, iki feil, iki sifət
İki göz, iki söz, ikili vəd
İki gün, iki gül, iki niyyət
Nə qədər eləsələr də filfilo
Sən salma lo, sən solma, ol
Sən olma sağ, sən olma sol
Biz olmasaq, bil, olmaz o
Elə ora qov, bura qov
Qova-qova elə bil ki bu da ov
Elə ona qon, buna qon
Qona-qona ona-buna, bu, nə son?!
Elə ora qaç, bura qaç
Qaça-qaça bağlı qapıları aç
Elə onu sanc, bunu sanc
Sancaqları taxa-taxa nə inanc?!
(Çəkilib incə hərə bir küncə)
Ədəbi dildir bu əbədi, bil
Əbədi dilsə su, dibi də lil
Dibi də lildirsə, bu da dəlil
Əsəbidirsə bu, bu da dəli
Hələ biz, hərəmiz, hərə bir iz
Hələ biz bir yana, hərə bir biz
Hələ biz, gərək ki, qərəzsiz
Hərəmizin gərəyimiz elə biz
Təmiz, heyrətamiz və bariz
Nümunəmiz var və varis
İbrətamiz, mübariz
Mübarizdən bizə qalan irs
Elə ora qov, bura qov
Qova-qova elə bil ki bu da ov
Elə ona qon, buna qon
Qona-qona ona-buna, bu, nə son?!
Elə ora qaç, bura qaç
Qaça-qaça bağlı qapıları aç
Elə onu sanc, bunu sanc
Sancaqları taxa-taxa nə inanc?!
Written by: Elşad Əliyev, Nadir Huseynov
instagramSharePathic_arrow_out