Similar Songs
Credits
PERFORMING ARTISTS
Gülay Zeynallı
Performer
COMPOSITION & LYRICS
Tarlan Mammadhuseynov
Composer
Rafael Şabanov
Songwriter
Lyrics
Bu, son görüşdür, deyəsən
Ayrılığın tamı gəlir dodağından
Biz iki yad insan kimi
Başlamışıq danışmağa
Bu, son deyil, ayrılarkən
Yaş gəlirsə yanağımdan
Bir ümid var, demək
Bir də başlamağa istərsənmi?
İstərsənmi, istərsənmi?
Biz eyni ruh olmadıqmı
Ayrı-ayrı bədənlərdə?
Bu məhəbbət bitərmi heç
Ayrı-ayrı yaşasaq da?
Nə fərqimiz olar yoxsa
Səbəbsizcə gedənlərdən?
Gedənlər bir yana qalsın
Biz barışıb qoşa qalsaq
İstərsənmi, istərsənmi?
İstərsənmi bu sevgini
Biz qaytaraq yox olmadan?
İstərsənmi qəlbimizə
Yad birisi toxunmadan?
Gəl, qovuşaq eşqimizə
Nə qədər ki yanındayam mən
İstərsənmi, istərsənmi?
Bu, son deyil, ayrılarkən
Yaş gəlirsə yanağımdan
Bir ümid var, demək
Bir də başlamağa istərsənmi?
İstərsənmi, istərsənmi?
Biz eyni ruh olmadıqmı
Ayrı-ayrı bədənlərdə?
Bu məhəbbət bitərmi heç
Ayrı-ayrı yaşasaq da?
Nə fərqimiz olar yoxsa
Səbəbsizcə gedənlərdən?
Gedənlər bir yana qalsın
Biz barışıb qoşa qalsaq
İstərsənmi, istərsənmi?
İstərsənmi bu sevgini
Biz qaytaraq yox olmadan?
İstərsənmi qəlbimizə
Yad birisi toxunmadan?
Gəl, qovuşaq eşqimizə
Nə qədər ki yanındayam mən
İstərsənmi?
İstərsənmi bu sevgini
Biz qaytaraq yox olmadan?
İstərsənmi qəlbimizə
Yad birisi toxunmadan?
Gəl, qovuşaq eşqimizə
Nə qədər ki yanındayam mən
İstərsənmi, istərsənmi?
İstərsənmi?
İstərsənmi?
Written by: Rafael Şabanov, Tarlan Mammadhuseynov