Top Songs By PRoMete
Credits
PERFORMING ARTISTS
PRoMete
Performer
COMPOSITION & LYRICS
Evanthia Reboutsika
Composer
Murad Mc Murad Guliyev
Songwriter
Pərviz Isaqov
Songwriter
Mir Yusif Mirbabayev
Songwriter
MC Murad
Arranger
PRODUCTION & ENGINEERING
PRoMete
Producer
MC Murad
Producer
Lyrics
Yığışdıq, dostlaşdıq - hərflərlə baş-başa
Öyrənirdik dəydikcə - hər dəfə baş daşa
Qrimdən dərimiz korlanırdı, oynamalıydıq
Axı biz aktyorlarıq - həyat ömürlük tamaşa
Oynamaqla bitmir ki, gərək, bəyəndirək də
Maddi durum düzəlmir ki quru ürək-dirəklə
Amma hərdən kağız pul da olur aciz
Yerlə yeksan olur hər şey bir küləklə
Dost, bil, buralara gəlmək üçün çox diş tökdük, çox dırnaq
Rahat görünürük, amma inan ki, elə də asan deyil ayaqda durmaq
Sifətdə cırmaq çoxalır gündən-günə, sümürülür arteriyalar
Ətraf anti-sanitar - zərərverici bakteriyalar
Gücünü yığ, ayağa dur - olma hər kəsdən biri
Seç, ya tapdaq altda öləcəksən - ya əzab və diri
Bizə çox az yol göstərən olub bu yollarda
Çoxunu yıxıla-yıxıla öyrənib PRoMete və Miri
Bura Bakıdır, bura şərqdir və qərbdir
(Bura Bakıdır)
Bura Bakıdır, burada dəbdə nə, bəlli
(Bura Bakıdır)
Bura Bakıdır, bura şərqdir və qərbdir
(Bura Bakıdır)
Bura Bakıdır, burada bəndələr fərqli
(Bura Bakıdır)
Elə-bil nə isə səhv gedir - küçələrdə toz dolu
Sök-tik, tik-sök - bezdirdik biz yolu
Bəhsə-bəhsdir, bəlkə, bəsdir, "no parking"
Yer yoxdur bu şəhərdə - hər kəsin bir rolu
Hələ də uzanır əl, hələ də ehtiyac, boşdur cib
Hələ də küçədə var tində bacada qıza söz atan tip
Təhsildən, kitablardan xəbərsizlər var, hələ də var
"My brain is working, my heart is so deep"
Cəhənnəmini yaşamışıq biz - necədir cənnətin dadı?
Kimin üçün cənnət bir loxma çörək, ya da ki daxmadır
Baxmadıq hər çağıran səs qeyb olanda, anladıq ki
Etdiyimiz səhvlərə görə necə də axmağıq
Hər bir şeyə qiymət qoyduq - yaşamağa da vergi var
Haqsızlıq çoxdur, amma namazlarda cərgə dar
Ürəklərdə buzqabılar, qulaqlarda dəmir qapılar
İnsanlarda indi içdə yaranan qəribə şübhə var
Bura Bakıdır, bura şərqdir və qərbdir
(Bura Bakıdır)
Bura Bakıdır, burada dəbdə nə, bəlli
(Bura Bakıdır)
Bura Bakıdır, bura şərqdir və qərbdir
(Bura Bakıdır)
Bura Bakıdır, burada bəndələr fərqli
(Bura Bakıdır)
Şeytan bizdən çəkinir, biz şeytanı da azdırarıq
Xəyallar üçün küçədə qəbirləri qazdırarıq
Bizə şərt qoyanın şərtin şumda kəsdirərik
Gücümüz çatmayan yükü mətnlə qaldırarıq
Written by: Evanthia Reboutsika, Mir Yusif Mirbabayev, Murad Mc Murad Guliyev, Pərviz Isaqov