Music Video

Featured In

Credits

COMPOSITION & LYRICS
Tuncer Ali
Tuncer Ali
Songwriter

Lyrics

Üç il sonra eyni səslə qulaqlarına gəldim
Soxum dərdivə, axı tək rap deyildi dərdim
Gəl indi Tuncərdən danışım, gedəndə dinlə
Dünən yuxuma girib cəhənnəmə gedən qəbrlər
İnsanı axtaranda xoşbəxtliyi tapmışdım
O gün bu dünyayla bütün bağım qurtarmışdı
Və il yarım sonra sədaqətin yalanını gördüm
Sədaqətlə verdiyin hər söz yalandı, ömrüm
Sən demə, sevgi boş kitabdan tökülən qəmdi
Çarəsizliyin sonunda sən görürəm dərdi
Mən bölürəm qəlbi, yarım səhifələrdə yaşlanır
Əsl şair ipdə sallanar, oyunum başladı
2009'dan bura yazdığım o yarım cümlələr
Qədər yadında qalmışam və həmin gündəyəm
Və heç vaxt sounda satmadım sözü, deyib dözün
Gucci, Prada, Armanidə qalmamışdı gözüm
Qardaş bildiyim insan ən çətin günümdə itəndə
Cibində manat yoxdursa əlbəttə bitərsən
Bir xəyalım vardı, o da mənimlə getdi tərsə
Tövbə tutmaz ah'ım, inan, lap ölüm də gəlsə
Mövzu diss olsaydı salamat sümüyün qalmazdı
Amma disslə gələn fanatlar maraqlı deyildi
Susmağı bilsəydim hətta heç qozuma da almazdım
Sən də PR üçün yazıb siləndə haqlı deyildin
Düşmənin olmaq mənə bəs deyil, qazanmaq gərəkdi
Sənlə bir bölən çörəyini güya ki mələkdi
3 il boyunca Caviddən başqa axtaran olmadı
Düz görüşənlərin xətri düzdü, hörmət əyri
Ailə dediyim insanları yanımda görməyən vaxtı
BR tək pənahım oldu, dur təmizlə taxtı
Ac yatanda bir nəfərin yadına düşməz adın, gəl ki
Heç biri gözdən düşmədi amma gözdən axdı
Sən azad ol deyə gör necə keçdim azadlığımdan
İndi səsimi bağla, adımı unut, heç utanma
Qapımdan ayrılmayan insan utanır varlığımla
Vurmayan insan olmur ki, olur gec vuranlar
Bataqlığın dibindəydim, orda adıvı duydum
Kirli səmalara qarışdı ən kibirli duyğum
Və Tuncər'lə TA bu dəfə eyni mikrofonda
Hələ də BR'dəyəm, gətir görək, kim var orda
Written by: Tuncer Ali
instagramSharePathic_arrow_out