Similar Songs
Credits
PERFORMING ARTISTS
Okaber
Performer
COMPOSITION & LYRICS
Rashid Eyvaz
Composer
Orxan Mustafazadə
Songwriter
Lyrics
Elə bil "MS-13, Якудза, Kasta qurublar!
Marsda buruqlar tapılır
Usta "круг"ları dağıdır asta qruplar
Hansı ki, gözləri qan, səhərə qədər "ПОСТ"da durublar
Bizdə belədir gərdişi-dövran
Hər işi böhran olanın vərdişi böhtan
Gəlmişi çoxdan unudub keçmişini, bu qədər sadə
Vəziyyət fövqəladə
Dön gəl, Adəm!
Adə, mənə bax, biradər
Bu qədər matəm niyə, madam, hər kəs bərabər?
Danışır soyqırımdan, danışıdıqca soy qırılır
Deyir ki: "Üzümə tüpür, döy məni, söy, qırılım"
Əşi, nə isə... Bir gün başınız daşa dəysə
Ölümün gözünə baxın, 10 nəfərin 5-i "gay"sə
İncə-mincə, "domestic animal", ya da "pet"
Bizlər "Lycan, majestic cannibal", ya da "Mad"
Mən, siz, bir də külək, bir də yağış
Sülh, hərb, müharibə, yoxdur barış
Gəl bax, gələn gedir, gedən ölür
Dön get on üç addım, geriyə dön gəl
Mən, siz, bir də külək, bir də yağış
Sülh, hərb, müharibə, yoxdur barış
Gəl bax, gələn gedir, gedən ölür
Dön get on üç addım, geriyə dön gəl
Mənə lazım deyil qafiyə əvəzinə "rhyme" demək
Əsas daim demək
Kim nə qədər "hit" yazıb? Bilmirəm, sayın, bilək
Medal asaq boynundan, ağzının payını verək
"Glamour" həyat tərzinə can atır can xanım
Qönçeyi-gül Badi-Səfa Töhfə Müşərrəf Pikə Sultan xanım
"Adriana Lima karması"
Mənim sinəm dəftər, beynim mina tarlası
Tər basır düşməni, atıram replika
Satıram "паприка", ədəbiyyata rep qatıram
Bir dənə ustad var, öldürəcək ulduzlar onu
Uşaqlıq travmam dostumun sevdiyi qızlar olub
Şou-biznesi tanımıram, əsl şou - rep
Bura "Alcatraz, Guantanamo, Shawshank"
Divarlar qan içində, qanlı əllər murdar
Dəlixanaya xoş gəldin! Hər şey xaotik burada
Mən, siz, bir də külək, bir də yağış
Sülh, hərb, müharibə, yoxdur barış
Gəl bax, gələn gedir, gedən ölür
Dön get on üç addım, geriyə dön gəl
Mən, siz, bir də külək, bir də yağış
Sülh, hərb, müharibə, yoxdur barış
Gəl bax, gələn gedir, gedən ölür
Dön get on üç addım, geriyə dön gəl
Əsas gözlərimi anla
Sözlərimi başa düşməsən də, olar
Özündən keçib gəlməlisən
Yoxsa bağlanar üzünə ilahi qapılar
Sevgi ən vacib şərtdir
Səcdə etməsən də olar
Qurd ziyafətində bütün balıqları dünyanın
Allah çəkəcək qarmağın
Bu gün dostların yarısı əclaflıq titulunda
Oyanmışıq, qardaş, xeyirli olsun sabahın
Written by: Orxan Mustafazadə, Rashid Eyvaz