Top Songs By Kərim Novruzov
Similar Songs
Credits
PERFORMING ARTISTS
Kərim Novruzov
Performer
Umut INC.
Performer
COMPOSITION & LYRICS
Kərim Novruzov
Songwriter
Lyrics
Eşid ey nazlı Mələk, keçmişə bir eylə nəzər
Iki sevgim var idi, qəlbdə sən, bir də Xəzər
Siz idiniz qəlbimə hakim, mənə candan da əziz
Bir-birindən də gözəl, sən və təlatümlü dəniz (2)
İndiki keçmişə edirsən nəzər
De ki sevgiyə axı kim dözər
İkimizdən birin sevərdin gərək
Seçim etməliydin ya Mən, ya Xəzər (2)
Bir zaman bu sahildə tapmışdım məhəbbətimi
Aldı məndən apardı dalğalar səadətimi
Yada saldıqca bulaj dalğalanan tellərini
Gəzirəm həsrət ilə ötən gənclik illərini (2)
Bir vaxt yadındami sənlə baş-başa,
İkimiz sahili gəzərdik qoşa
Bəlkə də günahkar mavi Xəzərdir,
Yetmədi buna kam sevgimiz başa (2)
Mən varam sən isə yoxsan Xəzər, əvvəlki kimi
Edirəm sahilə sənsiz nəzər əvvəlki kimi..
Qalıbdı ilk görüşümüzün yeri əvvəlki kimi..
Qayıdarmı ötən illər geri əvvəlki kimi..
Məhəbbət atəşi sönməz heç zaman
Uca zirvələrdən enməz heç zaman
Ötüb keçən günə heyifislənmə mən
Ötüb keçən geri dönməz heç zaman (4)
Written by: Kərim Novruzov