Top Songs By Amina
Similar Songs
Credits
PERFORMING ARTISTS
Amina
Performer
COMPOSITION & LYRICS
Anxhelo Koci
Composer
Rufat Dahi
Songwriter
Lyrics
Nə gələnlərin, nə gedənlərin yolu bağlıdır
Kim haqlıdır, kim günahkar?
Biri çıxdı, getdi, biri öldü, bitdi
Kimi nəfsi tox, kimisi çox tamahkar
Gedən insan gəlməzmi?
Bu günahını bilməzmi?
Hamı bir gün ölməzmi?
Düşünən varmı?
Gedən insan gəlməzmi?
Bu günahını bilməzmi?
Hamı bir gün ölməzmi?
Düşünən varmı?
Ən saf duyğular ölür adi bir yalanla
Artıq anlamaq çətindir, özün gəl, anla
Hər kəs tərk edir, bitir sevgilər zamanla
Dərk et, ey insan, puçdur bu dövran
Bizi bu fələk sağdan-soldan vursun, yıxsın, ey...
Üzü dönmüş gəlsin, bizdən hirsin çıxsın, ey...
Ayıl artıq, gecdir, gecdir
Qoca dünya heçdir, heçdir
Ora burdan köçdür, köçdür
Bitir hər bir şey
Ayıl artıq, gecdir
Qoca dünya heçdir
Ora burdan köçdür
Bitir hər bir şey
Güvənənlərin, ya sevənlərin
Üzü gülmədi, heç bilmədi zövqün eşqin
Yenə qaldı tənha, qəmə döndü dünya
Düşünüb nəsə, küsüb hər kəsə, çəkdi dərdi
Gedən insan gəlməzmi?
Bu günahını bilməzmi?
Hamı bir gün ölməzmi?
Düşünən varmı?
Ən saf duyğular ölür adi bir yalanla
Artıq anlamaq çətindir, özün gəl, anla
Hər kəs tərk edir, bitir sevgilər zamanla
Dərk et, ey insan, puçdur bu dövran
Bizi bu fələk sağdan-soldan vursun, yıxsın, ey...
Üzü dönmüş gəlsin, bizdən hirsin çıxsın, ey...
Bizi bu fələk yıxsın, ey...
Üzü dönmüş gəlsin, bizdən hirsin çıxsın, ey...
Written by: Anxhelo Koci, Rufat Dahi