Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Sadiq Mehdizadə
Performer
COMPOSITION & LYRICS
Mehdi Sadiq
Mehdi Sadiq
Songwriter
Noton
Noton
Songwriter
Elvin Nesirov
Elvin Nesirov
Songwriter

Lyrics

Bu küçə aparır səni də, məni də, günahımı ancaq
Bu gecə rahatıq, açılır səhərimiz dərd dolu ancaq
Bu şəhər adamı məcbur edib bir günaha salacaq
Bu zəhər yaradır uçmağa qanad, amma vuracaq sancaq
Özümə yalanım yox kimi (Ah)
Açılır səhərim pox kimi (Ah)
Əsəbim daralır
Ölkənin acı da dolanır tox kimi
Yalan dilimə dolanır, hər nəfəsdə gedir, gəlir
Əzbərdən bizi belə öyrədiblər bunu gizlədib hər kəsdən
Danışma kişilikdən, mərdlikdən
Balaca qızı yandırdılar, bu günahı bizə keçməzlər
O qədər söyüş söyür başına bir dənə iş gələndə
Dilimizə bir diş dəyəndə, yaxşı idi "cash" gələndə?
Əvvəllər ata deyəndə ağla gəlir kişi qeyrəti
İndi ata deyəndə ağla gəlir cındır işverəni
O qədər iyrənirsən, ruh bədəndə şokda solur
Kimisi isə möhtac olur, kimisi isə sonda boğur
Azərbaycan, fəxr elə indi bəzi qızlarınla
Babəkin düşməninə cəsur qızın "счёт"da soxur
Bu yolda səni də satarlar
Baxırsan, dostların yoxdur yanında
İstədim ki, qurtulum oradan
Olmur, olmur, olmur amma
Hər gecə sən tək qalanda
Yordu səni də, bəlkə, yalanlar
Mən inandım, amma sən inanma
Doludur bu şəhərdə cındır adamlar
Bax gör, hər cür adam var
Bax gör, hər cür adam var
Bax gör, hər cür adam var
Doludur bu şəhərdə cındır adamlar
Bax gör, hər cür adam var
Bax gör, hər cür adam var
Bax gör, hər cür adam var
Doludur bu şəhərdə cındır adamlar
Zəhərləyir, biri soxur, bilir dadını
Biri ruhunu, biri qanını
Biri yoxunu, biri də ki varını
Biri adını, biri qadını
Bax ölürük hər gün acından
Bir quru çörək qazanmaq üçün
Dişinə zəncir açırlar (əşi)
İçimdə etirazımdan danışım mən bir azından
Boğazlarından qızıl sep əvəzinə
Kəndir asırlar (yeah)
Susuruq, yaşayırıq ölmək üçün
Tanıdığın insanların iç üzün görmək üçün
Biz yarışırıq, giririk bəhsə-bəhsə
Qırırıq bir-birimiz həyatda gör nə üçün
Bu küçə aparır səni də, məni də, günahımı ancaq
Bu gecə rahatıq, açılır səhərimiz dərd dolu ancaq
Bu şəhər adamı məcbur edib bir günaha salacaq
Bu zəhər yaradır uçmağa qanad, amma vuracaq sancaq
Bu yolda səni də satarlar
Baxırsan, dostların yoxdur yanında
İstədim ki, qurtulum oradan
Olmur, olmur, olmur amma
Hər gecə sən tək qalanda
Yordu səni də, bəlkə, yalanlar
Mən inandım, amma sən inanma
Doludur bu şəhərdə cındır adamlar
Bax gör, hər cür adam var
Bax gör, hər cür adam var
Bax gör, hər cür adam var
Doludur bu şəhərdə cındır adamlar
Bax gör, hər cür adam var
Bax gör, hər cür adam var
Bax gör, hər cür adam var
Doludur bu şəhərdə cındır adamlar
Bu küçə aparır səni də, məni də
Written by: Elvin Nesirov, Sadiq Mehdizadə
instagramSharePathic_arrow_out