Letra

Keçmişdən qayıdarkən rast gəlmişəm gələcəyə, Soruşdum sən kimsən dedi sənin sabahların. Qəlbimin qapısını gündə döyən olubdur faciə, O sənə görə qazandığım sabahlarım. Darıxıram, darıxıram gələcək günlərçün. Mən səni canım özümə qısqanıram yaman. Səni gördüyüm gündən özümdə daha yoxam. Darıxıram, darıxıram, gülüşüm yalan. Sınaq üçün könlümə vermişdilər bir həyat, Soruşdum sən kimsən dedi sənin niyyətin. Pərvanələrdən qopub düşən olubdur bir qanad, O sənə görə qazandığım məhəbbətim. Darıxıram, darıxıram gələcək günlərçün. Mən səni canım özümə qısqanıram yaman. Səni gördüyüm gündən özümdə daha yoxam. Darıxıram, darıxıram, gülüşüm yalan. Parlaq səhərin gecəsiyəm mən, Günəşə vurğun kor aşiqəm mən. Səni özümə qısqanıram yaman. Darıxıram, uçuşum yalan.
Writer(s): Miryusif Mirbabayev Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out