Credits
PERFORMING ARTISTS
Almaxanım
Performer
COMPOSITION & LYRICS
İlhamə Adilqızı
Composer
Rəşad Hüseynov
Arranger
Məmməd Alim
Songwriter
PRODUCTION & ENGINEERING
Rashadat Farzaliyev
Producer
Lyrics
Könlümə bir yuva qura bilmədim,
Başımı daşına çırpa bilmədim,
Qapın hayandadı, tapa bilmədim.
Dünya! qapını aç, aç çıxım gedim.
Ürəyim illərdən əsim-əsimdi,
Qulağına çatan quru səsimdi,
Qonağın olduğum illər bəsimdi,
Dünya! qapını aç, aç çıxım gedim.
Göydə şimşəyinə dönüb çaxmaram.
Yerdə bulağınla qoşa axmaram.
Dönüb bir dəfə də geri baxmaram.
Dünya! qapını aç, aç çıxım gedim.
İnsanıq, ağacıq, quşuq, böcəyik,
Tapılmaz tapmaca, sir, bilməcəyik.
Onsuzda nə vaxtsa görüşəcəyik.
Dünya! qapını aç, aç çıxım gedim...
Writer(s): Ilhamə Adilqızı, Məmməd Alim
Lyrics powered by www.musixmatch.com